Aprel 27, 2026-19:06
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Şabranın Xəlfələr kəndində selin uçurduğu körpü nə vaxt bərpa olunacaq

2026:04:27 - 12:20
in SOSİAL
A A

Şabranın Xəlfələr kəndində avtomobil və piyada körpüsünün sel sularının təsiri nəticəsində dağılması sakinlər üçün çətinlik yaradıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, kəndi iki yerə bölən Dəvəçiçayın üzərindəki körpülər mart ayında gələn sel nəticəsində tamamilə dağılıb. Hazırda kənddəki 20-dən çox evin sakinləri əks istiqamətə keçməkdə çətinlik çəkirlər. Həmin vaxt körpü ilə yanaşı, çayın kənarında yaşayan kənd sakinlərinin evlərinə və təsərrüfatlarına ziyan dəymişdi. Yerli qurumların köməyi ilə fəsadlar aradan qaldırılsa da, körpülər təmir olunmayıb.

Kənd sakini Mustafa Məmmədov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, körpülərin dağılması sakinlərin rayon mərkəzinə gediş-gəlişini çətinləşdirib.

“Kəndin yarısı çayın digər tərəfindədir. Körpülər dağılıb, çayın içindən keçməli oluruq. Valideynlər uşaqları qucaqlarında sudan keçirirlər. Əlaqədar təşkilatlara müraciət etmişik. Tezliklə körpülərin bərpa olunmasını istəyirik”,- deyə Mustafa Məmmədov söyləyib.

Sakinlər çayda suyun səviyyəsi qalxanda daha çox çətinliklə üzləşdiklərini bildirirlər.

Şabran Rayon İcra Hakimiyyəti (RİH) başçısının müavini İlkin Ağayev AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində deyib ki, Xəlfələr kəndində Dəvəçiçay üzərindəki körpünün qısa müddətdə təmiri ilə əlaqədar tədbirlərin icrası nəzərdə tutulub.

“Mart və aprel aylarında yağan intensiv yağışlar nəticəsində yaranmış sel suları Şabran rayonunun yol təsərrüfatına ciddi ziyan vurub. Sel Şabrançay və Dəvəçi çayı üzərindəki müxtəlif ölçülü 11 körpünü sıradan çıxarıb. Seldən sonra görülən işlər nəticəsində yollarda hərəkət bərpa edilib, müvəqqəti keçidlər qoyulub. Hazırda da həmin alternativ keçidlərdən istifadə olunur. Körpülərin əsaslı təmiri üçün Şabran RİH tərəfindən müvafiq dövlət qurumları ilə birgə işlər görülür. Artıq seldən zərər görən 11 körpüdən 5-i bərpa olunaraq istifadəyə verilib. Yaxın günlərdə Xəlfələr kəndindəki körpünün bərpası istiqamətində işlər həyata keçirəcək”, – deyə İlkin Ağayev vurğulayıb.

Əvvəlki Yazı

Polşalı turistlər Qəbələ Dövlət Tarix-Bədii Qoruğundan xoş təəssüratlarla ayrılıblar

Növbəti Yazı

Şəkili sənətkar: Atam bizim uğurlarımızı görməsə də əminəm ki, ruhu şaddır

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.