İranın xarici işlər naziri Abbas Əraqçi Rusiya Prezidenti Vladimir Putinlə görüşünü çox məhsuldar adlandırıb. Nazir “Vesti” verilişində çıxış edərək tərəflərin anlaşma əldə etdiyinə əminliyini bildirib.
“Düşünürəm ki, bu, çox məhsuldar oldu. Ölkəmdəki və bütövlükdə regiondakı mövcud vəziyyət də daxil olmaqla, müxtəlif məsələlər barədə fikir mübadiləsi apardıq. Əminəm ki, bir anlaşma əldə etdik. Və biz yalnız görüşləri deyil, həm də bir çox sahələrdə əməkdaşlığı davam etdirmək qərarına gəldik”, – Əraqçi bildirib.
