Amerika administrasiyası şənbə günü Vaşinqtonda ABŞ prezidenti Donald Trampın iştirakı ilə keçirilən qəbulda baş verən hadisəni yeni sui-qəsd cəhdi kimi qiymətləndirir. Ağ Evin mətbuat katibi Kerolin Livitt bunu müntəzəm mətbuat brifinqində təsdiqləyib.
“Bu gün buraya suallarınızı cavablandırmaq və [ABŞ] administrasiyasının Prezident Trampa qarşı daha bir sui-qəsd cəhdinə cavab olaraq gördüyü tədbirlər barədə Amerika ictimaiyyətini məlumatlandırmaq üçün gəlməyi məqsədəuyğun hesab etdim”, – deyə o bildirib. Leavitt əlavə edib ki, Ağ Evin nöqteyi-nəzərindən cinayətkar “prezidenti və mümkün qədər çox administrasiya rəsmisini öldürmək” niyyətində olub. (Tass)
