Beynəlxalq Dəniz Təşkilatının (IMO) baş katibi Arsenio Domingez İran ətrafındakı vəziyyətin deeskalasiyasında BMT-nin daha fəal rol oynaması çağırışlarını dəstəkləyib.
Dominqes TASS müxbirinin sualına cavab olaraq bildirib: “Xüsusilə də BMT sisteminin bir hissəsi olduğumuzu nəzərə alsaq, BMT-nin bütünlükdə görəcəyi hər hansı əlavə tədbirləri dəstəkləyirəm. Diqqətimi regionda gərginliyin azaldılmasına və sülhə töhfə verə biləcək hər hansı əlavə addımlara yönəldəcəyəm, çünki bu, təkcə orada ilişib qalmış 20.000 dənizçinin təhlükəsizliyini təmin etmək üçün deyil, həm də hamının xeyrinə əməliyyatların bərpası üçün lazım olan ilk addım olacaq”.
O izah etdi ki, bütün səylərə baxmayaraq, təxminən 20 min dənizçi hələ də Fars körfəzində gəmilərdə ilişib qalıb və Hörmüz boğazından çıxmaq imkanı yoxdur. (Tass)
