Aprel 28, 2026-17:38
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Azərbaycan Çexiya ilə əməkdaşlığın coğrafiyasını və məzmununu davamlı şəkildə genişləndirir 

2026:04:28 - 13:10
in SİYASƏT
A A

Cənubi Qafqaz regionunda artan diplomatik fəallıq fonunda Azərbaycanın beynəlxalq proseslərdə rolu getdikcə daha qabarıq şəkildə özünü göstərir. Son dövrlərdə müxtəlif Avropa ölkələrinin yüksəksəviyyəli nümayəndələrinin Bakıya səfərləri bu dinamikanın təsadüfi olmadığını aydın şəkildə nümayiş etdirir. Bu tendensiya Azərbaycanın artıq yalnız enerji tərəfdaşı kimi deyil, eyni zamanda, siyasi dialoq, regional əməkdaşlıq və çoxtərəfli təşəbbüslər üçün etibarlı platforma kimi qəbul edildiyini təsdiqləyir. Xüsusilə Avropa dövlətlərinin Azərbaycana artan marağı regionda sabitliyin təmin olunması, enerji təhlükəsizliyinin gücləndirilməsi və yeni nəqliyyat-kommunikasiya dəhlizlərinin inkişafı kimi strateji prioritetlərlə bağlıdır.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

O qeyd edib ki, bu ümumi geosiyasi fon Azərbaycan ilə Çexiya arasında münasibətlərin inkişafına da müsbət təsir göstərib. Qarşılıqlı hörmət, etibarlı tərəfdaşlıq və beynəlxalq hüququn prinsiplərinə sadiqlik əsasında formalaşan əlaqələr son illərdə dinamik inkişaf mərhələsinə qədəm qoyub. Hər iki ölkə siyasi dialoqun gücləndirilməsinə, iqtisadi əməkdaşlığın genişləndirilməsinə və enerji təhlükəsizliyi, sənaye, nəqliyyat kimi strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlığın dərinləşdirilməsinə xüsusi önəm verir. Avropa ilə Cənubi Qafqaz arasında mühüm körpü rolunu oynayan Azərbaycan ilə Avropa İttifaqına üzv olan Çexiya beynəlxalq və regional məsələlərdə də oxşar mövqelərdən çıxış edərək əməkdaşlığın coğrafiyasını və məzmununu davamlı şəkildə genişləndirirlər.

“Bu kontekstdə, Prezident İlham Əliyev ilə Çexiyanın Baş naziri Andrey Babiş arasında Qəbələdə keçirilən görüşləri və mətbuata verilən bəyanatları ikitərəfli münasibətlərin inkişafında mühüm mərhələ kimi qiymətləndirirəm. Görüş zamanı iqtisadi əməkdaşlığın genişləndirilməsi ilə bağlı konkret təkliflər irəli sürülüb, xüsusilə energetika sahəsində tərəfdaşlığın əhəmiyyəti vurğulanıb. Bununla yanaşı, müdafiə sənayesi sahəsində əməkdaşlıq da tərəflər arasında önəmli istiqamətlərdən biri kimi qeyd olunub, qarşılıqlı təcrübə mübadiləsi və birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə edilib. Eyni zamanda, nəqliyyat, sənaye, innovasiya və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş perspektivlərin mövcud olduğu vurğulanıb. Bütün bunlar Azərbaycan-Çexiya münasibətlərinin keyfiyyətcə yeni mərhələyə daxil olduğunu göstərir. Fəal siyasi dialoq və qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq iki ölkə arasında əlaqələrin gələcəkdə daha da möhkəmlənəcəyinə zəmin yaradır”, – deyə deputat bildirib.

Əvvəlki Yazı

Azərbaycan-Çexiya münasibətlərində uzunmüddətli iqtisadi perspektivlər genişlənir

Növbəti Yazı

Azərbaycan-Çexiya münasibətləri çoxşaxəli strateji tərəfdaşlığa doğru inkişaf edir

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.