Rumıniya prezidenti Nikusor Dan millətçi Rumınların Birləşməsi Alyansının iştirakı ilə yeni hökumətin qurulmasını və ya erkən parlament seçkilərinin keçirilməsini “son dərəcə ehtimalsız” adlandırıb. O, bu açıqlamanı Xorvatiyanın Dubrovnik şəhərində keçirilən Üç Dəniz Təşəbbüsü sammiti çərçivəsində jurnalistlərlə söhbətində verib. Bəyanat prezident administrasiyasının saytında onlayn yayımlanıb.
Rumıniyanın “Avropa yolundan sapmamasını” təmin etmək üçün nə edəcəyi barədə suala Rumıniya dövlət başçısı belə cavab verdi: “Baş nazir təyin etməli olduğum bir ssenaridə bunun baş verməməsini təmin edəcəyəm”.
Rumıniyanın mərkəz-sol Sosial Demokrat Partiyası (PSD) və millətçi Rumınların Birləşməsi Alyansı çərşənbə axşamı parlamentə İlie Bolojan hökumətinə (Milli Liberal Partiya, PNL) qarşı etimadsızlıq təklifi təqdim ediblər. Nazirlər Kabinetinə etimadla bağlı səsvermənin mayın 5-də keçirilməsi gözlənilir. (Tass)
