ABŞ prezidenti Donald Tramp Almaniya kansleri Fridrix Merzi İranla bağlı mövqeyinə görə tənqid edib, eyni zamanda Almaniya liderini Berlinin iqtisadi və digər problemlərində günahlandırıb.
Ağ Ev rəhbəri Truth Social-da yazıb: “Almaniya kansleri Fridrix Merz İranın nüvə silahına sahib olmasını məqbul hesab edir. O, nədən danışdığını bilmir!”.
“Əgər İranın nüvə silahı olsaydı, bütün dünya girov götürülərdi. Mən indi İrana qarşı digər ölkələrin və ya prezidentlərin çoxdan etməli olduğu tədbirlər görürəm”, – deyə Tramp bildirib. “Almaniyanın iqtisadi və digər cəhətdən bu qədər pis vəziyyətdə olması təəccüblü deyil!” – deyə Amerika lideri əlavə edib. (Tass)
