May 1, 2026-21:57
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca

Abbas Abbasov: Məqsəd gəncləri ortaq platformada birləşdirməkdir

Tədbirin əsas məqsədi post-kolonial gələcəyin qurulması naminə müxtəlif ölkələrdən olan gəncləri bir araya gətirmək, qarşılıqlı hörmət və ortaq məsuliyyət prinsipləri əsasında sülh dolu gələcək üçün platforma yaratmaqdır.

Teleqraf xəbər verir ki, bu barədə Bakı Təşəbbüs Qrupunun (BTQ) icraçı direktoru Abbas Abbasov bu gün Bakıda keçirilən “Post-kolonial dövrdə gənclərin rolunun gücləndirilməsi” adlı beynəlxalq gənclər forumunda bildirib.

Forumun ilk günü barədə məlumat verən Abbas Abbasov nümayəndə heyətlərinin bir sıra akademik mərkəzlərdə, dövlət qurumlarında və parlamentdə görüşlər keçirdiyini diqqətə çatdırıb.

O, bu səfərlərin gənc fəalların təcrübə toplaması və dövlət rəsmiləri ilə birbaşa dialoqun qurulması baxımından müstəsna əhəmiyyət kəsb etdiyini vurğulayıb.