Teleqraf xəbər verir ki, bu barədə Bakı Təşəbbüs Qrupunun (BTQ) icraçı direktoru Abbas Abbasov bu gün Bakıda keçirilən “Post-kolonial dövrdə gənclərin rolunun gücləndirilməsi” adlı beynəlxalq gənclər forumunda bildirib.
Forumun ilk günü barədə məlumat verən Abbas Abbasov nümayəndə heyətlərinin bir sıra akademik mərkəzlərdə, dövlət qurumlarında və parlamentdə görüşlər keçirdiyini diqqətə çatdırıb.
O, bu səfərlərin gənc fəalların təcrübə toplaması və dövlət rəsmiləri ilə birbaşa dialoqun qurulması baxımından müstəsna əhəmiyyət kəsb etdiyini vurğulayıb.
