İsrail ordusunun mətbuat xidməti son 24 saat ərzində Livanın cənubunda Hizbullahın 40-dan çox şiə hədəfinə hücum etdiyini bildirib.
Onun açıqlamasına görə, zərbələr Hizbullah hərbi birləşmələrinin komanda məntəqələri də daxil olmaqla müxtəlif infrastruktur obyektlərini hədəf alıb.
“İsrail Müdafiə Qüvvələri (İMQ) [İsrail] siyasi rəhbərliyinin təlimatlarına uyğun olaraq, İsrail mülki şəxslərinə və İMQ heyətinə qarşı təhdidlərə cavab verməyə davam edəcək”, – deyə hərbçilər bildirib. (Tass)
