May 2, 2026-13:29
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Naxçıvan Dövlət Universitetində Süni İntellekt Mərkəzi yaradılacaq

2026:05:01 - 14:16
in SOSİAL
A A

Naxçıvan Dövlət Universiteti ilə Pekin Kimya Texnologiyaları Universiteti arasında əməkdaşlıq münasibətlərinin qurulması və inkişaf etdirilməsi məqsədilə görüş keçirilib və tərəflər arasında mühüm əməkdaşlıq müqaviləsi imzalanıb.

Universitetin Media və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, görüşdə Pekin Kimya Texnologiyaları Universitetini vitse-prezident Van Fen, Beynəlxalq Mübadilə və Əməkdaşlıq şöbəsinin direktoru Can Bin, Beynəlxalq Təhsil fakültəsinin dekanı Yan Honq, Humanitar elmlər və hüquq institutunun rəhbəri Çjen Süyin təmsil ediblər.

Müzakirələr zamanı ali təhsil və elmi-tədqiqat sahələrində əməkdaşlığın perspektiv istiqamətləri nəzərdən keçirilib. Xüsusilə, universitetlər arasında birgə Süni İntellekt Mərkəzinin yaradılması əsas prioritetlərdən biri kimi ön plana çıxıb. Bununla yanaşı, tələbələrin Pekin Kimya Texnologiyaları Universitetində istehsalat və təcrübə proqramlarında iştirakının təmin olunması, eləcə də həmin universitetin professor-müəllim heyətinin Naxçıvan Dövlət Universitetinə dəvət edilərək, tədris prosesində iştirakı məsələləri diqqət mərkəzində olub.

Görüşün yekununda vurğulanıb ki, imzalanan əməkdaşlıq müqaviləsi hər iki ali təhsil müəssisəsi arasında elmi, akademik və innovativ fəaliyyətlərin inkişafına, beynəlxalq təcrübə mübadiləsinin genişlənməsinə və yüksəkixtisaslı kadr hazırlığının keyfiyyətinin artırılmasına mühüm töhfə verəcək.

Əvvəlki Yazı

İsrail ordusu bir gündə Livanda Hizbullahın 40-dan çox hədəfinə hücum etdiyini bildirib

Növbəti Yazı

Rektor: Azərbaycan UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş tarixi abidələri ilə tanınır

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.