May 9, 2026-16:30
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Heydər Əliyev və Azərbaycan təbiəti – elmi simpozium

2026:05:08 - 16:22
in SOSİAL
A A

Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunun təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş “Heydər Əliyev və Azərbaycan təbiəti” mövzusunda yaz məktəbi elmi simpoziumu keçirilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, simpoziumun əsas məqsədi Ulu Öndər Heydər Əliyevin Azərbaycanın təbiətinin qorunması istiqamətində həyata keçirdiyi fəaliyyətin təbliği və elmi müstəvidə təhlili olub.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb, daha sonra Heydər Əliyevə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Açılış mərasimində biologiya elmləri doktoru, professor Səyyarə İbadullayeva çıxış edərək yaz məktəbinin əhəmiyyətindən, Ümummilli Lider Heydər Əliyevin ölkədə ekoloji siyasətin formalaşdırılmasında və təbiətin mühafizəsində oynadığı roldan bəhs edib. Professor qeyd edib ki, Heydər Əliyevin təşəbbüsləri nəticəsində Azərbaycanda biomüxtəlifliyin qorunması, təbii sərvətlərdən səmərəli istifadə və ekoloji tarazlığın təmin olunması istiqamətində mühüm və davamlı addımlar atılıb.

İki gün davam edən yaz məktəbi çərçivəsində gənc tədqiqatçılar biomüxtəlifliyin qorunması, ətraf mühitin mühafizəsi, dayanıqlı inkişaf, ekoloji problemlərin həlli və təbii ehtiyatlardan səmərəli istifadə istiqamətlərində aktual mövzularla çıxış edərək Ulu Öndər Heydər Əliyevin Azərbaycanda ekologiyanın mühafizəsinə yönəlmiş fəaliyyətindən bəhs ediblər. Tədbir zamanı iştirakçılar arasında geniş fikir mübadiləsi aparılıb, səsləndirilən suallar ətraflı cavablandırılıb.

Simpoziumun sonunda məruzəçilərə sertifikatlar təqdim olunub. Tədbir Botanika İnstitutunun gənc mütəxəssisləri tərəfindən hazırlanmış sərginin nümayişi ilə yekunlaşıb.

Tədbirdə Botanika İnstitutunun gənc alim və doktorantları, Botanika Cəmiyyəti İctimai Birliyinin üzvləri, ADPU-nin Kimya və biologiya fakültəsinin rəhbərliyi və tələbələri, həmçinin “Bir Könüllü” Tələbələrin Əməkdaşlıq İctimai Birliyinin üzvləri, alimlər, doktorantlar, magistrlər, bakalavrlar və şagirdlər iştirak ediblər.

Əvvəlki Yazı

Səbinə Əliyeva: Azərbaycanın Ombudsman təsisatı Ulu Öndərin təşəbbüsü ilə yaradılıb

Növbəti Yazı

İran ABŞ-ın İran gəmisinə endirdiyi zərbə nəticəsində 10 dənizçinin yaralandığını bildirib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.