Minab rayonunun rəhbəri Məhəmməd Radmehr bildirib ki, ABŞ-ın gecə Oman körfəzində mülki gəmiyə endirdiyi zərbə nəticəsində ən azı 10 iranlı dənizçi yaralanıb, beşi isə itkin düşüb.
Mehr xəbər agentliyi onun sözlərinə istinadən bildirib ki, “Dünən gecə Hörmüz boğazı və Oman körfəzi sularında Amerikanın təcavüzkar hərəkətləri zamanı Minab rayonu yaxınlığında bir yük gəmisinə hücum edilib və yanğın baş verib. On yaralı dənizçi xəstəxanaya aparılıb və müstəntiqlər qalan dənizçilərin vəziyyətini müəyyən etməyə çalışırlar”. Radmehr izah edib ki, gəmidə 15 heyət üzvü olub. (Tass)
