ABŞ prezidenti Donald Tramp hesab edir ki, Vaşinqton və Tehranın hərbi əməliyyatlara son qoymaq üçün diplomatik razılığa gəlməsi tamamilə mümkündür. O, bunu Ağ Evdə jurnalistlərlə söhbətində təsdiqləyib.
Amerika liderindən ABŞ ilə İran arasında sülh sazişinin hələ də mümkün olub-olmadığını, yoxsa indi yalnız hərbi əməliyyatların bərpası variantlarını nəzərdən keçirib-keçirmədiyini aydınlaşdırması istənildi. Tramp sülh sazişinə istinad edərək “Xeyr, düşünürəm ki, bu, tamamilə mümkündür” deyə cavab verib. (TASS)
