ABŞ prezidenti Donald Tramp Pekinə qarşıdan gələn səfəri zamanı Çin prezidenti Si Cinpinlə Tayvan, İran ətrafındakı vəziyyət və enerji məsələlərini müzakirə etməyi planlaşdırır.
Amerika lideri Ağ Evdə jurnalistlərə Çin prezidenti haqqında danışarkən bildirib ki, “Düşünürəm ki, o, Tayvanla məndən daha çox məşğul olacaq. Amma düşünürəm ki, müzakirə bir az enerji və gözəl İran ölkəsi haqqında olacaq”.
Tramp əlavə edib ki, Amerikanın Tayvana silah satışını davam etdirməsini zəruri hesab edib-etmədiyi barədə suala o, “Mən bu müzakirəni Prezident Si (Çin prezidenti Si Cinpin ) ilə aparacağam” cavabını verib. “Prezident Si bizim bunu etməyimizi istəməzdi. Və biz bunu müzakirə edəcəyik. Bu, müzakirə edəcəyimiz bir çox məsələlərdən biri olacaq”. Onun Çinə dövlət səfəri 13-15 may tarixlərinə planlaşdırılıb. (Tass)
