ABŞ Prezidenti Donald Tramp 2026-cı ildə Rusiyaya səfər edə biləcəyini bildirib. O, bu açıqlamanı Çinə yola düşməzdən əvvəl Ağ Evin Cənub Çəmənliyində jurnalistlərlə söhbəti zamanı TASS-ın sualını cavablandırarkən verib.
Amerika lideri bu ilin sonuna qədər Rusiyaya səfərin mümkünlüyü ilə bağlı suala cavab olaraq bildirib ki, “Mən lazım olan hər şeyi edəcəyəm. Və düşünürəm ki, biz Rusiya ilə Ukrayna arasında razılaşmaya nail olacağıq”, o qeyd edib və əlavə edib ki, “artıq səkkiz münaqişənin həllinə nail olub”. (Tass)
