Teleqraf xəbər verir ki, bunu deputat Aydın Mirzəzadə “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş “Seysmik təhlükənin və riskin qiymətləndirilməsində yeni yanaşmalar” mövzusunda Konfransda deyib.
O bildirib ki, işğaldan azad olunan ərazilərin bərpası sürətlə gedir, şəhərsalma modeli, nəqliyyat infrastrukturu yenilənir:
“Hər şey kökündən və çox müasir formada dəyişir. Burada təkcə müasirlik deyil, təhlükəsizlik də nəzərə alınır. Təhlükəsizliyə çox ciddi yanaşılır”.
Aydın Mirzəzadə Azərbaycanın şəhərsalma mədəniyyətinin qədim mərkəzlərindən biri olduğunu vurğulayıb:
“Şəhərsalmanın ən pik nöqtəsi ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə oldu. 1969-1982 Azərbaycan şəhərsalma modelində inqilabi dəyişiklik oldu. Bu illərdə iki dəfə çox ailə mənzillə təmin olundu, 6 yeni universitet açıldı. 50 ilə yönəldilmiş maliyyəni 13 ilə yönəltdi. Bu xətt cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Şəhərsalma mədəniyyəti müasir tələblərə uyğun olaraq həyata keçirilir”.
