İyul 11, 2026-4:28
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə GÜNDƏM

Bakı və Abşeronda yağıntının miqdarı aylıq normanın 203-279 %-ni təşkil edir

2026:05:17 - 11:07
in GÜNDƏM
A A
Mayın 17-i saat 10:55-a olan məlumata əsasən ölkə ərazisinin bəzi yerlərində arabir yağış yağır, şimşək çaxır.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Ayrı-ayrı yerlərdə yağıntılar intensiv və güclüdür. Şahdağda isə qar yağır. Qarın hündürlüyü Şahdağda 5 sm olub.

Hazırda Bakıda və Abşeron yarımadasında intensiv yağış yağır. Düşən yağıntının miqdarı 40-55 mm qeydə alınıb ki, bu da aylıq normanın 203-279 %-ni təşkil edir.

Respublikanın rayonlarında düşən yağıntının miqdarı: Lerikdə 48 (aylıq normanın 67%-i), Lənkəranda 45 (aylıq normanın 98%-i), Yardımlıda 39 (aylıq normanın 63 %-i), Sabirabadda 39 (aylıq normanın 117 %-i), Cəlilabadda 26 (aylıq normanın 64%-i), Kürdəmirdə 25 (aylıq normanın 66%-i), Biləsuvarda 24 (aylıq normanın 75%-i), Qəbələdə 23, Sarıbaşda (Qax) 22, Şahdağda 17, Astarada 16, Beyləqanda 15, Gədəbəy, Altıağac, Şahbuzda 14, Şamaxı, Oğuzda 13, Neftçala, İmişli, Qrızda 12, Quba, Göyçayda 11, Qusar, İsmayıllı, Daşkəsəndə 7, Naxçıvan, Culfada 6, Zərdab, Xaçmaz, Şirvan, Şabranda 5, Naftalanda 4, Kişçay (Şəki), Qobustan, Ağdam, Ordubadda 3, Balakən, Zaqatala, Gəncədə 2, Şərur, Göygöl, Şəmkir, Tovuz, Ağstafa, Tərtər, Bərdə, Mingəçevir, Goranboyda 1 mm-dir.

Mayın 16-da saat 19:37-19:43 radələrində Qubadlı rayonunun Qəzyan və Mahrızlı kəndlərinə diametri 11 mm, Ağsu şəhərinə isə diametri 3 mm olan dolu düşüb.

Ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraitnin mayın 17-si gün ərazində davam edəcəyi gözlənilir.

Əvvəlki Yazı

İran böhranın həlli üçün 10 maddəlik planı “qırmızı xətt” adlandırır

Növbəti Yazı

Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası başlayıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.