İran, İsrail və ABŞ ilə qarşıdurmada qalib tərəf olaraq, gələcək münaqişənin həlli şərtlərini müəyyən edir. Bu fikri İran Parlamentinin Daxili İşlər Komitəsinin sədri Məhəmməd Saleh Cokar ifadə edərək, 10 bəndlik planın İslam Respublikası üçün “qırmızı xətt” olduğunu vurğuladı.
“Şərtlər döyüş meydanında qalib gələn ölkə tərəfindən müəyyən edilir, uğursuzluğa düçar olan, məqsədlərinə çata bilməyən və yalnız dağıntı gətirən ölkənin hökuməti tərəfindən deyil. Buna görə də amerikalılar bizim şərtlərimizi qəbul etməlidirlər”, – deyə o, Mehr xəbər agentliyinə verdiyi müsahibədə bildirib. Cokar əlavə edib ki, İranın 10 bəndlik şərtləri “istənilən danışıqlar üçün qırmızı xəttdir”. (Tass)
