Azərbaycandan Həcc ziyarətinə yola düşən ilk zəvvar qruplarının təyyarəsi Ciddə şəhərinə eniş edib.
Bu barədə Teleqraf -a Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem rəhbəri Vüsal Cahangiri məlumat verib.
“Zəvvarlar Ciddəyə sağ-salamat çatdılar, hər şey yaxşıdır. Zəvvarlar birazdan Cöhfəyə çıxacaqlar”, – o vurğulayıb.
O qeyd edib ki, gün ərzində ikinci zəvvar təyyarəsi Bakı vaxtı ilə vaxtla 17:40-da havaya qalxacaq.
“Təyyarə Bakı vaxtı ilə 11-ə qalmış Ciddəyə eniş edəcək. Zəvvarlar oradan birbaşa Məkkəyə gedəcəklər. Hər iki təyyarədə olan ümumi 8 zəvvar qrupu gecə saatlarında Məkkəyə çatacaq”, – o vurğulayıb.
