Bakı və Abşeron yarımadasında müşahidə olunan güclü yağışlar nəticəsində regionda aqrar təsərrüfatlarda subasma və su yığılması əsas zərər mexanizmi ola bilər.
Bu barədə AZƏRTAC-a Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunun Geosiyasət və iqtisadi coğrafiya laboratoriyasının müdiri coğrafiya elmləri doktoru, dosent Nəriman Paşayev məlumat verib. Onun sözlərinə görə, xüsusilə tərəvəzçilik, istixanalar və bağçılıq sahələrinə həm qısamüddətli məhsul itkisi, həm də uzunmüddətli torpaq deqradasiyası şəklində ciddi ziyan dəyə bilər.
