İranın silahlı qüvvələri istənilən ssenariyə hazırdır və düşmənə “yeni sürprizlər” göndərmək əzmindədir. Bu barədə İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bildirib.
“Biz istənilən ssenariyə tam hazırıq. Silahlı Qüvvələrimizin son 40 gün ərzində [hərbi əməliyyatlar] ərzində sübut etdiyi kimi, onların hər hansı bir ehtiyatsız hərəkətinə mütləq bütün gücümüzlə cavab verəcəyik. Sizi əmin edirəm ki, silahlı qüvvələrimiz düşmənə yeni sürprizlər də təqdim edəcək”, – deyə o, mətbuat konfransında bildirib. (Tass)
