İyun 29, 2026-0:56
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

İlham Əliyev: Qarabağ və Şərqi Zəngəzurda 5 yeni tunel tikiləcək

2026:05:18 - 13:15
in SİYASƏT
A A
Azərbaycanın azad edilmiş ərazilərində – Qarabağda və Şərqi Zəngəzurda beş yeni tunel tikiləcək.

“Report” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev WUF13-ün rəsmi açılış mərasimində çıxış edərkən bildirib.

Onun sözlərinə görə, Qarabağda və Şərqi Zəngəzurda hazırda 85 min nəfər işləyir və yaşayır.

“İndi “Böyük Qayıdış” proqramı həyata keçirilir. Şəhər və kəndlərin baş planları hazırlanıb. Mən, əlbəttə, çoxlu rəqəmlər gətirə bilərəm, lakin yalnız ikisini qeyd edəcəyəm. Beş il ərzində artıq 70 kilometr tunel tikilib, daha beş tunel tikinti mərhələsindədir. 435 körpü tikilib, ümumilikdə isə 500 körpü planlaşdırılır. Və bütün bunlar elektrik stansiyalarının, su təchizatı sistemlərinin, su anbarlarının, evlərin, məktəblərin, xəstəxanaların, üç beynəlxalq hava limanının və dəmir yollarının tikintisi ilə yanaşı cəmi beş il ərzində edilib”, – prezident bildirib.

İlham Əliyev vurğulayıb ki, “öz torpağının əsl sahibləri yalnız dağıtmağa, məhv etməyə və əziyyət gətirməyə gələnlərdən fərqli olaraq məhz belə davranır”.

“Bu gün 85 mindən çox azərbaycanlı artıq əvvəllər işğal olunmuş ərazilərdə yaşayır. Onlar işləyir, yaşayır, oxuyur. Və onların məşğulluğunun təmin edilməsi də hökumətimizin ən mühüm vəzifələrindən biridir. Ona görə də binaların, mənzillərin və fərdi evlərin, məktəblərin və xəstəxanaların tikintisi ilə yanaşı, əlbəttə, minalardan təmizləmə işləri aparılmalıdır, lakin eyni zamanda biz iş yerləri haqqında da düşünməliyik. Bu rayonlarda artıq yaradılmış və hələ yaradılacaq çoxsaylı sənaye zonaları, şübhəsiz, öz fundamental hüquqlarından – öz torpağında yaşamaq hüququndan məhrum edilmiş yüz minlərlə insanın sürətli qayıdışına kömək edəcək”, – Azərbaycan prezidenti əlavə edib.

Əvvəlki Yazı

İran Xarici İşlər Nazirliyi silahlı qüvvələrin düşmənə “yeni sürprizlər” təqdim etməyə hazır olduğunu qeyd edib

Növbəti Yazı

Çinin Müdafiə Nazirliyi: Tayvan administrasiyası ABŞ-dan silah almaqla adanın resurslarını tükədir

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.