Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə məsələ ilə bağlı sualı cavablandırarkən bildirib ki, Rusiya prezident Vladimir Putinin Çinə səfəri zamanı nümayəndə heyətinin tərkibində ABŞ ilə rəqabət aparmayacaq.
Kremlin sözçüsü bildirib ki, “Nümayəndə heyətlərimizin tərkibi baxımından heç kimlə rəqabət aparmırıq. Çinlə müstəqil və çoxşaxəli münasibətlərimizi inkişaf etdiririk ki, biz və çinli dostlarımız bunu imtiyazlı, xüsusi strateji tərəfdaşlıq adlandırırıq”. (Tass)
