İyun 29, 2026-0:56
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Gəncədə keçirilən “Düşün və yarat” hakatonu başa çatıb, qaliblər elan olunub

2026:05:18 - 13:22
in SOSİAL
A A

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) İnnovasiyalar Mərkəzi ilə Gəncə Dövlət Aqrar Kollecinin (GDAK) birgə təşkilatçılığı çərçivəsində keçirilən “Düşün və yarat” hakatonu başa çatıb. Gənclərin innovativ düşüncə tərzinin inkişaf etdirilməsi, aqrar sahədə yeni texnoloji həllərin təşviqi və tələbələrin komanda şəklində işləmək bacarıqlarının gücləndirilməsi məqsədilə təşkil olunan hakaton iştirakçılar tərəfindən maraqla qarşılanıb. Tədbir çərçivəsində iştirakçılar müxtəlif istiqamətlər üzrə innovativ layihələrini təqdim edərək öz bilik və bacarıqlarını nümayiş etdiriblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hakatonun bağlanış mərasimində universitetin rektoru Zəfər Qurbanov çıxış edərək, belə təşəbbüslərin tələbələrin yaradıcı potensialının üzə çıxarılması, innovativ düşüncə tərzinin formalaşdırılmasında və gələcək peşəkar fəaliyyətlərində mühüm rol oynadığını vurğulayıb. Rektor iştirakçılara uğurlar arzulayaraq, onların təqdim edəcəyi layihələrin aqrar sektorun inkişafına real töhfə verəcəyinə inandığını bildirib.

Gəncə Dövlət Aqrar Kollecinin direktoru Fəqan Ağayev çıxışında tələbələrin intellektual və innovativ platformalarda fəal iştirakının əhəmiyyətindən danışıb. O, gənclərin yeni ideyalar ortaya qoymasının, təşəbbüskarlıq ruhunun inkişaf etdirilməsinin və praktiki bacarıqlar əldə etməsinin onların gələcək karyerasında mühüm rol oynadığını diqqətə çatdırıb.

Tədbirin sonunda İnnovasiyalar Mərkəzinin direktoru Elvin Ağayev çıxış edərək hakatonun yekunları barədə ətraflı məlumat verib. Bildirilib ki, yarış müddətində iştirakçılar müxtəlif innovativ layihələr üzərində çalışaraq münsiflər heyəti qarşısında təqdimatlar ediblər və layihələr innovativlik, tətbiq imkanları, aktuallıq və təqdimat bacarıqları əsasında qiymətləndirilib.

Ümumilikdə 8 komandanın mübarizə apardığı hakatonda ən yaxşı nəticə göstərən komandalar müəyyənləşib. Münsiflər heyətinin qərarına əsasən “AgroTap” komandası I yerə, “SmartFarm” komandası II yerə, “Vinegro” komandası III yerə layiq görülüb. “BeeSphera” komandası isə nümayiş etdirdiyi yaradıcı yanaşma və perspektivli ideyasına görə həvəsləndirici mükafatla təltif olunub.

Sonda qalib və fərqlənən komandalar təşkilatçılar tərəfindən diplom, sertifikat və pul mükafatları ilə təltif ediliblər.

Əvvəlki Yazı

Çinin Müdafiə Nazirliyi: Tayvan administrasiyası ABŞ-dan silah almaqla adanın resurslarını tükədir

Növbəti Yazı

Peskov: Rusiya Putinin Çinə səfəri zamanı nümayəndə heyətinin tərkibində ABŞ ilə rəqabət aparmayacaq.

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.