May 20, 2026-11:52
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

AzMİU “Urban Expo”da Azərbaycanın memarlıq təhsilini təmsil edir

2026:05:19 - 15:57
in SOSİAL
A A

BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən və dünyanın ən böyük şəhərsalma sərgilərindən biri hesab olunan “Urban Expo”da Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) öz pavilyonu ilə təmsil olunur.

Universitetdən AZƏRTAC-a bildirilib ki, stenddə AzMİU-da memarlıq, şəhərsalma, dizayn, inşaat mühəndisliyi, dayanıqlı inkişaf və innovativ texnologiyalar istiqamətində həyata keçirilən elmi-tədqiqat işləri, beynəlxalq əməkdaşlıq layihələri, tələbə təşəbbüsləri və təhsil imkanları təqdim edilir.

AzMİU-nun ekspozisiyasında xüsusilə dayanıqlı şəhər inkişafı, yaşıl memarlıq, ağıllı şəhər həlləri, inklüziv urban mühit, şəhər mobilliyi və gələcəyin şəhərləri ilə bağlı akademik yanaşmalar ön plana çıxarılır. Pavilyon universitetin yalnız milli səviyyədə deyil, beynəlxalq akademik müstəvidə də şəhərsalma və memarlıq gündəliyinə fəal töhfə verdiyini nümayiş etdirir.

Azərbaycan Memarlıq və İnşaat Universiteti ölkədə memarlıq və şəhərsalma üzrə ixtisaslaşmış aparıcı ali təhsil müəssisəsi kimi WUF13 çərçivəsində yalnız sərgi formatında deyil, həm də müxtəlif akademik, elmi və ictimai təşəbbüslərlə fəal iştirak edir. Bu, AzMİU-nun beynəlxalq əlaqələrinin artırılması, yeni akademik tərəfdaşlıqların qurulması, tələbə və müəllimlər üçün qlobal əməkdaşlıq imkanlarının genişləndirilməsi, eləcə də Azərbaycanın şəhərsalma və memarlıq potensialının dünyaya təqdim olunması baxımından mühüm əhəmiyyət daşıyır.

WUF13 çərçivəsində AzMİU-nun pavilyonu forum iştirakçıları üçün universitetin elmi-intellektual potensialını, innovativ yanaşmalarını və dayanıqlı şəhər gələcəyinə baxışını nümayiş etdirən mühüm platforma rolunu oynayır.

Əvvəlki Yazı

“Sabir Rüstəmxanlı dilinin tezlik lüğəti” nəşrə hazırlanır

Növbəti Yazı

Şərqşünas alimlər Almatıda keçirilən seminarda məruzə ediblər

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.