May 20, 2026-10:11
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Şərqşünas alimlər Almatıda keçirilən seminarda məruzə ediblər

2026:05:19 - 15:58
in SOSİAL
A A

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Mərkəzi Asiya ölkələri şöbəsinin müdiri filologiya elmləri doktoru, professor Lalə Əhmədova və həmin şöbənin baş elmi işçisi siyasi elmlər doktoru, dosent Adil Mirabdullayev Qazaxıstanın Almatı şəhərində keçirilən “Mərkəzi Asiya 2.0: region qlobal dəyişikliklər kəsişməsində” mövzusunda seminarda onlayn iştirak ediblər.

Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.

Seminar Qazaxıstan Respublikası Elm və Ali Təhsil Nazirliyi, Elm Komitəsi, R.B.Süleymenov adına Şərqşünaslıq İnstitutunun Şərq ölkələrinin siyasi və geoiqtisadi problemləri şöbəsi tərəfindən təşkil olunub. Seminarın məqsədi qlobal dəyişikliklər dövründə Mərkəzi Asiya ölkələri arasında əməkdaşlığın və qarşılıqlı fəaliyyətin əsaslarını yenidən nəzərdən keçirməkdir.

Professor Lalə Əhmədova seminarda “Mərkəzi Asiya ölkələri ilə münasibətlərin inkişafının əsas istiqamətləri” mövzusunda məruzə edib. Məruzə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətlərinin əsas inkişaf istiqamətlərinə həsr olunub. Məruzəçi qeyd edib ki, bu münasibətlərin dərinləşməsində əsas amil Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ikitərəfli münasibətlərinin inkişafıdır. Prezident İlham Əliyevin Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Türkmənistana müntəzəm səfərləri, eləcə də Mərkəzi Asiya ölkələrinin dövlət başçılarının Azərbaycana səfərləri çoxtərəfli əməkdaşlıq üçün möhkəm siyasi təməl yaradıb. Bu yeni arxitekturada Azərbaycan regionlar arasında əlaqə, tranzit və logistika mərkəzi və inkişaf etməkdə olan geoiqtisadi məkanda fəal iştirakçı rolunu öz üzərinə götürür.

Adil Mirabdullayev seminarda “Mərkəzi Asiya ölkələri ilə münasibətlərdə ekoloji tendensiyalar” mövzusunda məruzə ilə çıxış edib. Məruzə Mərkəzi Asiya ölkələri ilə beynəlxalq əməkdaşlıq çərçivəsində formalaşan ekoloji trendlərin təhlilinə həsr olunub. Məruzədə iqlim dəyişiklikləri, su resurslarının idarə olunması, yaşıl enerji siyasəti, transsərhəd ekoloji problemlər və dayanıqlı inkişaf məsələləri əsas istiqamətlər kimi nəzərdən keçirilib, həmçinin Mərkəzi Asiya dövlətlərinin beynəlxalq təşkilatlar və tərəfdaş ölkələrlə ekoloji əməkdaşlıq mexanizmləri təhlil edilib, Azərbaycanın regionla ekoloji və enerji sahəsində əməkdaşlıq perspektivlərinə toxunulub.

Əvvəlki Yazı

AzMİU “Urban Expo”da Azərbaycanın memarlıq təhsilini təmsil edir

Növbəti Yazı

yerli sakinlərə istinadən xəbər verir ki , İranın Hörmüz boğazındakı Qeşm adasında partlayış baş verib . Partlayışın səbəbi barədə hələlik məlumat verilməyib.

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.