ABŞ-ın vitse-prezidenti J.D. Vance əmindir ki, ABŞ və İranın razılığa gəlməklə ikitərəfli münasibətləri yenidən qurmaq imkanı var. O, bunu Ağ Evdə keçirilən brifinqdə bildirib.
“Düşünürəm ki, İran və ABŞ arasında 47 ildir mövcud olan münasibətləri yenidən qurmaq üçün burada bir fürsətimiz var. Prezident bizdən bunu etməyimizi istədi və biz də bunun üzərində işləməyə davam edəcəyik, amma tanqo üçün iki nəfər lazımdır. Biz iranlıların nüvə silahına sahib olmasına icazə verən bir razılaşmaya girməyəcəyik”, – Vens bildirib. (Tass)
