ABŞ-ın vitse-prezidenti J.D. Vance bildirib ki, Vaşinqton Tehranla danışıqların hazırda kifayət qədər yaxşı getdiyinə inanır, lakin İslam Respublikasına qarşı yenidən hərbi əməliyyatların mümkünlüyü hələ də qalır.
“Biz böyük irəliləyişlər əldə etdiyimizə inanırıq. Biz inanırıq ki, iranlılar razılaşma istəyirlər”, – deyə o, Ağ Evdə jurnalistlərə bildirib. “Amerika Birləşmiş Ştatları Prezidenti [Donald Tramp] bizə vicdanla danışıqlar aparmağı tapşırıb və biz də məhz bunu edirik”. “Beləliklə, hazırda kifayət qədər yaxşı vəziyyətdəyik. Amma B planı var. B planı ondan ibarətdir ki, biz ABŞ-ın məqsədlərini daha da irəli aparmaq üçün hərbi kampaniyanı bərpa edə bilərik “, – deyə Vens izah edib. “Prezident bunu istəmir. Və mən düşünmürəm ki, iranlılar bunu istəyir”, – deyə o vurğulayıb.
