Çin və Rusiya hegemonluğun bütün təzahürlərinə və faşizm və militarizmi dirçəltmək cəhdlərinə qarşı çıxacaqlar. Bunu Çin prezidenti Si Cinpin Rusiya prezidenti Vladimir Putinlə danışıqlardan sonra bildirib.
Çin lideri bildirib ki, “Çin və Rusiya, BMT Təhlükəsizlik Şurasının üzvləri olaraq, məsuliyyətli dünya gücləri kimi vəzifə hissini qətiyyətlə nümayiş etdirəcək, BMT-nin nüfuzunu və beynəlxalq ədaləti dəstəkləyəcək, birtərəfliliyin və hegemonluğun bütün təzahürlərinə, tarixin tərsinə çevrilməsi cəhdlərinə və hər şeydən əvvəl İkinci Dünya Müharibəsinin nəticələrini inkar etməyə və faşizm və militarizm əlamətlərini dirçəltməyə yönəlmiş təxribatçı hərəkətlərə qarşı çıxacaqlar”. (Tass)
