Rusiya və Çin siyasi əməkdaşlığı gücləndirməyə davam etməli və bir-birinin strateji dayağı olaraq qalmalıdırlar. Bu barədə Çin sədri Si Cinpin Pekində Rusiya prezidenti Vladimir Putinlə danışıqlardan sonra bildirib.
Çin lideri bildirib ki, “Tərəflər yüksək keyfiyyətli siyasi qarşılıqlı əlaqələri gücləndirməli və bir-biri üçün strateji dayaq olmalıdır”. (Tass)
