Son 24 saat ərzində İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) Hərbi Dəniz Qüvvələri (İİKK) ilə koordinasiyalı şəkildə Hörmüz boğazından 26 ticarət gəmisi keçib. Bu barədə İİKK Hərbi Dəniz Qüvvələri məlumat verib.
“Son 24 saat ərzində İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələrinin koordinasiyası və təhlükəsizliyi altında neft tankerləri, konteyner gəmiləri və digər ticarət gəmiləri də daxil olmaqla 26 gəmi Hörmüz boğazından keçib”, – deyə İİKK-nın bəyanatında bildirilir. (Tass )
