Ermənistan və ABŞ arasında vacib mineralların və nadir torpaq metallarının çıxarılması və emalı ilə bağlı çərçivə memorandumu imzalanıb.
Sənədi Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Yerevanda səfərdə olan ABŞ dövlət katibi Marko Rubio imzalayıblar. Mərasim yerli televiziya kanallarında canlı yayımlanıb.
Mərasimdə elan edilib ki, “Ermənistan və ABŞ arasında vacib mineralların və nadir torpaq metallarının çıxarılması və emalı ilə bağlı çərçivə memorandumu imzalanır”. (Tass)
