May 26, 2026-22:45
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Dövlət Proqramı Azərbaycanın aqrar inkişafını mahiyyətcə yeni mərhələyə qaldıracaq

2026:05:26 - 16:30
in SİYASƏT
A A

Prezident İlham Əliyevin kənd təsərrüfatı məsələlərinə dair keçirdiyi son müşavirə həm yerli sahibkarlara, həm də xarici investorlara yönəlmiş çox güclü mesaj oldu. Dövlətimizin başçısı ötən 22 illik nəhəng infrastruktur yoluna nəzər salmaqla yanaşı, qarşıdakı 4 il yarım üçün qarşıya konkret hədəflər qoydu. Ölkəmizin qlobal miqyasda “orta güc” kimi qəbul olunduğu bir dövrdə aqrar sahəyə ümumilikdə 5 milyard manatdan çox vəsaitin cəlb edilməsi hədəfi Azərbaycanın iqtisadi müstəqilliyinin nə dərəcədə sarsılmaz olduğunu bir daha sübuta yetirir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Kamran Bayramov söyləyib.

O bildirib ki, Azərbaycanın son 22 ildə nümayiş etdirdiyi davamlı iqtisadi artım və milli gəlirin çoxşaxəli bölüşdürülməsi ölkəmizin daxili iqtisadi müstəqilliyini tam təmin edib. Xüsusilə neft kapitalının qeyri-neft sektoruna, ilk növbədə, regionların balanslı inkişafına uğurla transfer edilməsi bütövlükdə milli sənayenin və aqrar sahənin simasını kökündən dəyişib. Məhz bu məqsədyönlü iqtisadi strategiyanın real nəticəsi olaraq 2004-cü ildən start verilən regional inkişaf proqramları sayəsində bölgələrimiz canlanıb, qazlaşdırma 96 faizə çatıb, böyük su anbarları inşa və təmir edilib. Dövlətimizin başçısı müşavirədə bəzi strateji ərzaq məhsulları üzrə mövcud rəqəmləri xüsusi olaraq yerli və xarici investorlar üçün səsləndirdi. Prezident İlham Əliyev bu sahədə fəaliyyət göstərən iş adamlarını idxalın azaldılması prosesinə daha yaxından töhfə verməyə çağırdı. Çünki qlobal böhranlar, müharibələr və iqlim dəyişikliyi fonunda daxili istehsalın maksimum artırılması bu gün hər bir ölkə üçün əsas prioritet məsələdir.

“Ölkəmizdə meyvə-tərəvəz sahəsində özümüzü tam təminetmə əmsalı yüksək olsa da (107-140 faiz), buğda istehsalındakı 55 faizlik və bitki yağlarındakı 52 faizlik göstərici mütləq artırılmalıdır. Məhz bu səbəbdən dövlətimizin başçısı idxaldan asılılığı minimuma endirmək üçün konkret rəqəmlərə əsaslanan yeni hədəflər müəyyənləşdirib”, – deyə deputat əlavə edib.

K.Bayramov, həmçinin diqqətə çatdırıb ki, ortaya qoyulan rəsmi faktlara əsasən, hazırda taxılçılıqda hər hektardan 3,2 ton məhsul yığılır və əsas hədəf bu göstəricini 5 tona çatdırmaqdır. Pambıqçılıqda isə görülən işlər nəticəsində istehsal 360 min tona, məhsuldarlıq isə hektara 3,6 tona yüksəlib. Lakin növbəti mərhələdə məqsəd hektardan minimum 5 ton məhsul götürməklə ümumi pambıq istehsalını 500 min tona çatdırmaq və xaricə mahlıc deyil, birbaşa hazır sənaye məhsulu ixrac etməkdir. Bu inkişafı təmin etmək üçün hazırda 130 min hektarda tətbiq olunan müasir suvarma sistemlərinin sahəsi 300 min hektara qaldırılacaq. Paralel olaraq, intensiv bağçılıq üzrə 20 min hektar yeni bağ sahəsi salınacaq, istixanaların ərazisi isə artırılacaq. Digər mühüm fəaliyyət istiqaməti məhsulların itkisiz saxlanması və heyvandarlıq sahəsidir. Bu məqsədlə mövcud 400 min tonluq soyuducu anbar infrastrukturunun tutumu daha 100 min ton artırılaraq 500 min tona çatdırılacaq. Eyni zamanda, mal ətində 84 faiz, quş ətində 82 faiz və qoyun ətində 94 faiz olan yerli təminat səviyyəsinin qısa müddətdə 100 faizə çatdırılması tələb olunur. Kənd təsərrüfatında müşahidə olunan durğunluğu tamamilə aradan qaldıracaq bu yeni Dövlət Proqramı 2026-2030-cu illəri əhatə edəcək. Bu qısamüddətli, lakin genişmiqyaslı proqramın icrası üçün dövlət xətti ilə 2 milyard manatdan çox, özəl sektor tərəfindən isə 3 milyard manatdan çox olmaqla, ümumilikdə 5 milyard manat vəsaitin investisiya edilməsi nəzərdə tutulur.

“Azərbaycanın formalaşdırdığı güclü iqtisadi model qlobal böhranlar, iqlim dəyişikliyi və nəqliyyat zəncirlərinin qırıldığı bir dövrdə milli təhlükəsizliyimizin ən böyük təminatçısıdır. Neft kapitalının səmərəli idarə edilməsi və daxili resursların düzgün yönləndirilməsi ölkəmizə xarici maliyyə bazarlarından asılı olmayan, tam müstəqil iqtisadiyyat qazandırıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bu güclü iqtisadi strategiya və yeni Dövlət Proqramı Azərbaycanın aqrar inkişafını mahiyyətcə yeni mərhələyə qaldırır. Bizim əsas hədəfimiz təkcə daxili ərzaq təhlükəsizliyimizi 100 faiz təmin etmək deyil, həm də regional fərqləri tamamilə aradan qaldırmaqla şəhərdən kəndə qayıdış prosesini real hərəkətverici qüvvəyə çevirməkdir. Dövlətin və özəl sektorun birgə gücü sayəsində kəndlərimiz daha modern, sahibkarlarımız daha gəlirli, müstəqil iqtisadiyyatımız isə qlobal təhdidlər qarşısında daha sarsılmaz olacaq”, – deyə o vurğulayıb.

Əvvəlki Yazı

Azərbaycanda aqrar sahənin inkişafında yeni mərhələ başlanır

Növbəti Yazı

Ermənistan və ABŞ strateji əhəmiyyətli mineral ehtiyatlar haqqında çərçivə sazişi imzaladılar.

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.