İyul 17, 2026-4:27
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Bəhruz Məhərrəmov: Qarabağ və Şərqi Zəngəzurda aqrar inkişaf Böyük Qayıdışın əsas dayaqlarından birinə çevrilir

2026:06:01 - 13:43
in İQTİSADİYYAT
A A

Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə və dövlət başçısının proqram xarakterli çıxışı işğaldan azad edilmiş ərazilərin inkişaf strategiyasının növbəti mərhələsinin konturlarını daha da aydın şəkildə ortaya qoydu. Bu yanaşma göstərir ki, Qarabağ və Şərqi Zəngəzurda kənd təsərrüfatının inkişafı yalnız iqtisadi məqsədlərlə məhdudlaşmır, eyni zamanda Böyük Qayıdış proqramının sosial sabitlik, məşğulluq və dayanıqlı inkişaf komponentlərini özündə birləşdirən əsas istiqamətlərindən biridir.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib. Onun sözlərinə görə, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində işğaldan azad edilmiş ərazilərin ölkənin iqtisadi sisteminə reinteqrasiyası, regionlararası inkişaf balansının təmin edilməsi və Qarabağ iqtisadi zonasının ölkənin aparıcı istehsal mərkəzlərindən birinə çevrilməsi strateji vəzifə kimi müəyyən olunub: “Bu baxımdan, hazırda həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri həmin hədəflərin sistemli və ardıcıl şəkildə icrasını təsdiqləyir. Azad edilmiş ərazilərdə həyata keçirilən dövlət siyasəti təkcə infrastrukturun bərpası ilə məhdudlaşmır, eyni zamanda iqtisadi modelin yenidən qurulmasını, innovativ yanaşmaların tətbiqini və müasir aqrar təsərrüfat sisteminin formalaşdırılmasını hədəfləyir. Uzun illər Ermənistanın işğalı altında qalmış bu torpaqların ekoloji terrora məruz qalmasına baxmayaraq, Azərbaycan dövləti qısa müddətdə həmin əraziləri yenidən iqtisadi dövriyyəyə daxil etməyə nail olub”.

Bəhruz Məhərrəmov qeyd edib ki, minalardan təmizlənən və təhlükəsiz vəziyyətə gətirilən torpaqların mərhələli şəkildə əkin dövriyyəsinə qaytarılması dövlətin həm iqtisadi gücünü, həm də idarəetmə səmərəliliyini nümayiş etdirir: “Eyni zamanda su resurslarının idarə olunması, yeni suvarma sistemlərinin qurulması və müasir aqrar infrastrukturun yaradılması regionun gələcək inkişafı üçün möhkəm baza formalaşdırır. Deputatın sözlərinə görə, Qarabağ və Şərqi Zəngəzur bölgələri Azərbaycanın ərzaq təhlükəsizliyinin təmin olunmasında strateji rol oynaya biləcək böyük potensiala malikdir. Xüsusilə taxılçılıq və digər dənli bitkilərin istehsalı üzrə geniş imkanlar ölkənin idxaldan asılılığının azaldılmasına və daxili istehsalın artırılmasına xidmət edir.

“Bununla yanaşı, Kəlbəcər və Laçın rayonlarının zəngin yaylaq sahələri heyvandarlığın inkişafı üçün əlverişli şərait yaradır və bu sahədə yüksək məhsuldarlığın əldə olunmasına imkan verir. Bölgənin təbii-iqlim şəraiti bağçılıq, üzümçülük və digər yüksək rentabelli kənd təsərrüfatı sahələrinin inkişafı üçün geniş imkanlar açır. Bu isə yalnız daxili bazarın deyil, gələcəkdə ixrac potensialının da güclənməsinə şərait yarada bilər. Dövlət başçısının müşavirədə səsləndirdiyi prioritetlər də məhz bu istiqamətlərin kompleks şəkildə inkişaf etdirilməsini nəzərdə tutur, “Ağıllı Kənd” layihələrinin və müasir aqrotexnologiyaların tətbiqinin regionun inkişafında yeni mərhələ açır. Zəngilan və digər rayonlarda həyata keçirilən innovativ layihələr kənd təsərrüfatının ənənəvi deyil, yüksək texnologiyalara əsaslanan intensiv model üzərində qurulduğunu göstərir. Bu yanaşma məhsuldarlığın artırılmasına, resurslardan səmərəli istifadəyə və ekoloji dayanıqlılığın təmin edilməsinə xidmət edir. Eyni zamanda su ehtiyatlarının optimallaşdırılması və yaşıl enerji konsepsiyasına uyğun layihələrin icrası regionun ekoloji tarazlığının qorunmasına mühüm töhfə verir. Bu amillər Qarabağ və Şərqi Zəngəzurun yalnız kənd təsərrüfatı deyil, həm də ekoloji və texnoloji baxımdan strateji əhəmiyyətini artırır”.

Bəhruz Məhərrəmov bildirib ki, Böyük Qayıdış proqramının uğurla reallaşması üçün əsas şərtlərdən biri də məcburi köçkünlərin doğma yurdlarına qayıdışının dayanıqlı məşğulluqla təmin olunmasıdır. Onun sözlərinə görə, bu kontekstdə kənd təsərrüfatı sektoru regionda əsas işəgötürən sahə kimi çıxış edir və sosial rifahın yüksəldilməsində mühüm rol oynayır: “Aqrar sektorun inkişafı nəticəsində emal sənayesinin genişlənməsi, logistika infrastrukturunun güclənməsi və xidmət sahələrinin formalaşması Qarabağ və Şərqi Zəngəzuru ölkə iqtisadiyyatının əsas inkişaf mərkəzlərindən birinə çevirir. Bu proses regionun təkcə bərpa olunan ərazi kimi deyil, həm də yeni iqtisadi artım zonası kimi formalaşdığını göstərir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən kənd təsərrüfatı siyasəti Azərbaycanın iqtisadi suverenliyinin möhkəmləndirilməsinə, regionların balanslı inkişafına və milli iqtisadiyyatın dayanıqlılığının artırılmasına xidmət edir. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən aqrar islahatlar isə ölkənin uzunmüddətli inkişaf strategiyasında mühüm dönüş nöqtəsi kimi qiymətləndirilir”.

Əvvəlki Yazı

Bu gündən Dənizkənarı Milli Parkda “CandyFest”ə start verilir

Növbəti Yazı

TASS: Livanlılar Netanyahunun təhdidlərindən sonra Beyrutun cənubunu tərk edirlər

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.