“Report” xəbər verir ki, festival çərçivəsində iki ay ərzində Bakı Bulvarında rəngarəng tədbirlər, sərgilər, yarışlar keçiriləcək.
Yayın ən müxtəlif dadlarını, rənglərini və əhvalını əks etdirən “CandyFest” iyul ayının sonunadək ziyarətçilərin ixtiyarında olacaq.
Festival hər yaşdan olan qonaqlara unudulmaz təəssüratlar yaşadacaq: müxtəlif mövzulu və rəngarəng dizayna malik satış köşklərində yayın ən müxtəlif dadları, əyləncə və oyunlar, canlı tamaşalar və s. ziyarətçilərə təqdim olunur.
Hər gün saat 17:00-dan 19:00-dək uşaqlar üçün maraqlı tamaşalar, interaktiv oyunlar və müxtəlif əyləncə proqramları təşkil ediləcək.
Festivala giriş sərbəstdir.
