İyul 17, 2026-6:27
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

Şəhriyarın fars poeziyasında yeri və mövqeyi – tədqiqat

2026:06:01 - 14:15
in MƏDƏNİYYƏT
A A

Filologiya elmləri doktoru, professor Vüqar Əhməd “Şəhriyarın fars poeziyasında yeri və mövqeyi” adlı elmi araşdırmasında XX əsr Azərbaycan və İran ədəbiyyatının görkəmli nümayəndəsi Məhəmmədhüseyn Şəhriyarın farsdilli yaradıcılığı geniş şəkildə təhlil edib.

AZƏRTAC xəbər verir ki, tədqiqatda Şəhriyarın yalnız Azərbaycan və İran poeziyasının deyil, bütövlükdə Şərq ədəbi fikrinin ən qüdrətli simalarından biri olduğu qeyd olunub. Onun yaradıcılığı klassik ənənələrlə müasir poetik düşüncəni uğurla birləşdirərək fars poeziyasının inkişafında mühüm rol oynayıb. Professor Vüqar Əhməd vurğulayıb ki, Şəhriyarın fars dilində qələmə aldığı qəzəl, qəsidə, məsnəvi və digər poetik nümunələr sənətkarlıq baxımından yüksək bədii dəyərə malikdir.

Araşdırmada şairin həm Azərbaycan, həm də fars ədəbiyyatına verdiyi töhfələrdən bəhs olunur. Bildirilir ki, “Əsrin Hafizi” adlandırılan Şəhriyar klassik poeziyanın zəngin irsini müasir dövrün estetik tələbləri ilə uzlaşdıraraq özünəməxsus yaradıcılıq məktəbi formalaşdırıb. Onun əsərləri dünyanın müxtəlif dillərinə tərcümə olunub və geniş oxucu auditoriyasının rəğbətini qazanıb.

Məqalədə Şəhriyarın fars poeziyasında tutduğu mövqe, İran ədəbi mühitinə təsiri, klassik və çağdaş şeir üslublarından məharətlə istifadə etməsi xüsusi qeyd edilir. Müəllifin qənaətinə görə, Şəhriyar ənənə və novatorluq arasında uğurlu tarazlıq yaradaraq XX əsr fars poeziyasının zirvələrindən birini fəth edib.

Professor Vüqar Əhməd vurğulayıb ki, Şəhriyarın farsdilli irsi Azərbaycan ədəbiyyatşünaslığında daha geniş və fundamental şəkildə araşdırılmalıdır. Bu istiqamətdə aparılan tədqiqatlar böyük şairin yaradıcılığının yeni qatlarının üzə çıxarılmasına imkan verəcək.

Məqalədə Şəhriyarın Azərbaycan və İran mədəniyyətləri arasında mənəvi körpü rolunu oynadığı, iki dildə yaratdığı zəngin ədəbi irslə dünya ədəbiyyatında özünəməxsus yer tutduğu qeyd olunur.

Əvvəlki Yazı

Lukaşenko Kim Çen Inı “gənc oğlan” adlandırıb

Növbəti Yazı

Azərbaycan Prezidenti: “Bakı Enerji Həftəsi” nüfuzlu platformaya çevrilib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.