Belarus Prezidenti Aleksandr Lukaşenko Şimali Koreya lideri Kim Çen Inın onda çox güclü təəssürat yaratdığını bildirib. Lukaşenko onu “perspektivli gənc” adlandırıb.
“Şimali Koreya lideri Kim Çen In məndə çox güclü təəssürat yaratdı. O, ağıllı, gənc, perspektivli, əməkdaşlığa yönəlmiş bir oğlandır və diktator deyil”, – deyə Lukaşenko Minskdə Primorsk diyarının qubernatoru Oleq Kojemyako ilə görüşdə bildirib.
Belarus lideri əlavə edib ki, o və KXDR-in dövlət işləri üzrə sədri arasında yaxşı münasibətlər qurulub. “Biz (Primorski diyarı – TASS), bir vaxtlar müzakirə etdiyimiz kimi, KXDR ilə ticarətdə bizə vasitəçilik xidmətləri göstərməyinizə çox ümid edirik. Çünki KXDR-də heç kimin Kim Çen Inla sizin kimi münasibəti yoxdur. O (Kim Çen In ) mənə sizin haqqınızda çox şey danışıb və bu ideyanı dəstəkləyib”, – deyə Kojemyakoya müraciət edərək Lukaşenko əlavə edib. (Tass)
