İyun 4, 2026-1:26
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Böyük Qayıdış proqramı gələcəyin qurulmasına yönələn milli inkişaf layihəsi kimi həyata keçirilir 

2026:06:03 - 17:10
in SİYASƏT
A A

Məcburi köçkünlərlə bağlı sosial dəstək mexanizmlərinin yeni mərhələyə keçirilməsi Azərbaycanın sosial dövlət siyasətinin və Böyük Qayıdış strategiyasının mühüm tərkib hissəsidir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Mətbuat Şurası İdarə Heyətinin üzvü Yeganə Hacıyeva deyib.

O qeyd edib ki, uzun illər məcburi köçkün ailələri dövlətin xüsusi diqqət və qayğısı ilə əhatə olunub, onların sosial müdafiəsinin təmin edilməsi ölkənin prioritet vəzifələrindən biri kimi həyata keçirilib. “Bu siyasətin əsas məqsədi insanların həyat şəraitinin yaxşılaşdırılması, sosial rifahının qorunması və gələcəyə inamının gücləndirilməsi olub. Bu gün də vətəndaşların sosial təminatı və rifahının yüksəldilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biri olaraq qalır. Böyük Qayıdış proqramı çərçivəsində həyata keçirilən tədbirlər yalnız insanların öz doğma torpaqlarına qayıdışını deyil, həmin ərazilərdə müasir həyat standartlarına uyğun yaşayış mühitinin formalaşdırılmasını nəzərdə tutur. İşğaldan azad edilən ərazilərdə yeni şəhər və kəndlər salınır, yaşayış kompleksləri tikilir, müasir yol infrastrukturu yaradılır, enerji, su, rabitə, səhiyyə və təhsil sistemləri qurulur. Məqsəd vətəndaşların yalnız məskunlaşmasını deyil, onların uzunmüddətli rifahını və həyat keyfiyyətini təmin etməkdir”, – deyə Mətbuat Şurası İdarə Heyətinin üzvü deyib.

Yeganə Hacıyeva dövlət siyasətinin mühüm istiqamətlərindən birinin də qayıdan əhalinin iqtisadi fəallığının artırılması olduğuna diqqət çəkib. Onun sözlərinə görə, bu məqsədlə yeni iş yerlərinin yaradılması, sahibkarlığın təşviqi, kənd təsərrüfatı və xidmət sektorunun inkişafı, peşə hazırlığı proqramlarının genişləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Bu yanaşma insanların sosial təminatını gücləndirməklə yanaşı, regionların iqtisadi potensialının reallaşdırılmasına da xidmət edir. Gələcəyə hesablanmış əsas hədəflərdən biri işğaldan azad edilmiş ərazilərin ölkənin ən müasir və inkişaf etmiş regionlarından birinə çevrilməsidir. Burada “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyalarının tətbiqi, rəqəmsal xidmətlərin genişləndirilməsi, yaşıl enerji layihələrinin inkişafı və innovativ iqtisadi modelin formalaşdırılması nəzərdə tutulur. Sözügedən yanaşma yeni nəsillərin daha yüksək həyat standartları şəraitində yaşamasına, keyfiyyətli təhsil və səhiyyə xidmətlərinə çıxış əldə etməsinə imkan yaradacaq. Eyni zamanda, dövlətin strateji məqsədlərindən biri də Qarabağı və Şərqi Zəngəzuru güclü iqtisadi, sosial və mədəni inkişaf mərkəzinə çevirməkdir. Bunun üçün investisiyaların cəlb olunması, yeni istehsal və logistika imkanlarının yaradılması, turizm potensialının inkişaf etdirilməsi və insan kapitalına yatırımların artırılması istiqamətində sistemli iş aparılır. Sosial müdafiə mexanizmlərinin təkmilləşdirilməsi də məhz bu uzunmüddətli məqsədlərə xidmət edir. Sosial yardım proqramları, məşğulluq layihələri, təhsil imkanları və digər sosial dəstək alətləri vətəndaşların rifahının yüksəldilməsinə, onların iqtisadi müstəqilliyinin güclənməsinə və cəmiyyətə tam inteqrasiyasına şərait yaradır.

“Azərbaycan Böyük Qayıdış prosesini yalnız keçmişin nəticələrinin aradan qaldırılması kimi deyil, gələcəyin qurulmasına yönəlmiş milli inkişaf layihəsi kimi həyata keçirir. Bu siyasətin əsas məqsədi isə doğma torpaqlarına qayıdan vətəndaşların təhlükəsiz, təminatlı və perspektivli həyat qurmasını təmin etmək, regionlarda dayanıqlı inkişafı möhkəmləndirmək və gələcək nəsillər üçün güclü sosial-iqtisadi təməl formalaşdırmaqdır”, – deyə Y.Hacıyeva vurğulayıb.

Əvvəlki Yazı

Taxtakörpü Su Anbarı ölkənin su təhlükəsizliyində mühüm rol oynayır

Növbəti Yazı

Samir Vəliyev: “Bakı Enerji Həftəsi” Azərbaycanın enerji diplomatiyasının uğurudur

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.