İyun 8, 2026-22:45
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Azərbaycanın enerji strategiyası və qlobal etibarlılığı Prezident İlham Əliyevin praqmatik siyasətinin nəticəsidir

2026:06:08 - 15:35
in SİYASƏT
A A

Prezident İlham Əliyevin Bakı Enerji Həftəsindəki çıxışı Azərbaycanın enerji siyasətinin 30 illik uğurlu modelini, qlobal enerji təhlükəsizliyinə verdiyi töhfələri və milli maraqlara əsaslanan praqmatik yanaşmanı ön plana çıxardı. Dövlət başçısı bu çıxışla həm daxili inkişafın, həm də beynəlxalq nüfuzun güclənməsini təsdiqləyən strateji mesajlar verib.

Bu barədə AZƏRTAC-a açıqlamasında politoloq Aydın Tağıyev deyib.

O bildirib ki, Bakı Enerji Həftəsi artıq regional sərhədləri aşaraq, dünya enerji gündəminin aparıcı platformalarından birinə çevrilib.

“Bu tədbir Azərbaycanın beynəlxalq nüfuzunun güclənməsinin bariz göstəricisidir. Xəzər Neft və Qaz Sərgisi 30 ildə Bakı Enerji Həftəsinə çevrilərək dünyanın aparıcı enerji platformalarından biri oldu. ABŞ Prezidenti Donald Tramp, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Böyük Britaniyanın Baş naziri Kir Starmerin məktubları tədbirin qlobal nüfuzunu bir daha sübut edib. Digər tərəfdən Prezident İlham Əliyev enerji məsələsini “yenidən normal məcraya” qaytardığına görə Prezident Trampa minnətdarlıq bildirib. Bu, neft və qaz sənayesinə qarşı uzun illər aparılan qarayaxma kampaniyasına son qoyulması və praqmatik yanaşmanın qəbul olunması deməkdir. Dünya faydalı qazıntılar olmadan yaşaya bilməz, enerji təhlükəsizliyi ilə yanaşı, bərpaolunan enerjiyə sərmayə vacibdir. Azərbaycan bu balansı qoruyaraq həm öz milli maraqlarını, həm də qlobal enerji təhlükəsizliyini gücləndirir. Enerji gəlirləri təhsil, səhiyyə, sosial infrastruktur, ordu quruculuğu və iqtisadi inkişaf üçün istifadə olunub. Bu, enerji siyasətinin milli rifaha yönəldiyini göstərir. Ulu Öndər Heydər Əliyevin 1994-cü ildə imzaladığı “Əsrin müqaviləsi”nin nəticələri müasir Azərbaycanın güclü iqtisadiyyatı, azad edilmiş torpaqları, yoxsulluğun 5 faizə enməsi və SOCAR-ın investor ölkəyə çevrilməsi ilə özünü göstərir”, – deyə Aydın Tağıyev vurğulayıb.

A.Tağıyev qeyd edib ki, Prezident İlham Əliyevin çıxışı Azərbaycanın enerji siyasətini milli maraqlara əsaslanan praqmatik model kimi təqdim etdi. Bu modelin gücü ondan ibarətdir ki, enerji gəlirləri yalnız iqtisadiyyata deyil, sosial rifaha yönəldilib: “Azərbaycanın 1990-cı illərin böhranlı vəziyyətindən müasir güclü dövlətə çevrilməsi enerji siyasətinin uğurlu nəticəsidir. Əlavə olaraq, Azərbaycanın qaz ixracı 16 ölkəyə çatıb, TANAP və TAP kimi layihələr Avropanın enerji təhlükəsizliyində həlledici rol oynayır. Bərpaolunan enerji sahəsində 2032-ci ilə qədər 8 giqavat güc planı Azərbaycanın gələcəkdə də enerji lideri olacağını göstərir. Azərbaycan enerji siyasətində müstəqil, praqmatik və uğurlu model quraraq həm öz gücünü, həm də qlobal enerji təhlükəsizliyini möhkəmləndirir. Ölkəmizin enerji siyasəti milli gücün, sosial rifahın və qlobal nüfuzun sintezidir. Bu siyasət göstərir ki, təbii sərvətlər yalnız düzgün idarə olunduqda xalqa rifah, dövlətə güc, dünyaya isə sabitlik gətirir. Prezident İlham Əliyevin Bakı Enerji Həftəsindəki çıxışı bir daha sübut etdi. Azərbaycan enerji siyasətində həm regionun, həm də dünyanın etibarlı dayağıdır. Prezident İlham Əliyevin liderliyi Azərbaycanın enerji diplomatiyasını yeni mərhələyə yüksəldərək, ölkəni Avropanın enerji təhlükəsizliyində həlledici tərəfdaş mövqeyinə gətirib. Ölkəmiz enerji siyasətində həm regionun, həm də dünyanın etibarlı dayağıdır və bu mövqeyini gələcəkdə daha da möhkəmləndirəcək, uğurla irəliləyəcəkdir

Əvvəlki Yazı

Azərbaycan və Danimarka səhiyyə sektorunda tərəfdaşlıq imkanlarını müzakirə edib

Növbəti Yazı

“Bakı Enerji Həftəsi” Azərbaycanın enerji strategiyasının nümayiş platformasıdır

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.