İyun 8, 2026-21:47
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

“Bakı Enerji Həftəsi” Azərbaycanın enerji strategiyasının nümayiş platformasıdır

2026:06:08 - 15:45
in SİYASƏT
A A

Azərbaycan hər il qlobal enerji liderlərini bir araya gətirən “Bakı Enerji Həftəsi”nə ev sahibliyi edir. Bu beynəlxalq platforma ölkəmizin enerji sahəsində əldə etdiyi nailiyyətləri nümayiş etdirməklə yanaşı, yeni çağırışlara uyğun təşəbbüslərin, texnologiyaların və əməkdaşlıq imkanlarının müzakirə olunduğu mühüm mərkəz kimi çıxış edir.

Regional və beynəlxalq səviyyədə nüfuzlu enerji platformasına çevrilən “Bakı Enerji Həftəsi” 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 14-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi “Caspian Power” və 31-ci “Baku Energy Forum”u özündə birləşdirir. Bu il tədbirdə 46 ölkədən 270-dən çox şirkətin iştirak etməsi onun qlobal əhəmiyyətinin və artan nüfuzunun göstəricisidir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.

Azərbaycanın müasir enerji siyasətinin təməlinin 1994-cü ildə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə imzalanmış “Əsrin müqaviləsi” ilə qoyulduğunu xatırladan deputat bildirib ki, bu müqavilə yalnız bir neft sənayesi layihəsi deyil, həm də ölkənin beynəlxalq enerji bazarına inteqrasiyasının başlanğıcı idi. Bu strateji əhəmiyyətli qərar Azərbaycanın iqtisadi müstəqilliyini və siyasi suverenliyini gücləndirməyə xidmət etdi.

“Prezident İlham Əliyevin sərginin açılış mərasimində səsləndirdiyi fikirlər ölkənin enerji sahəsində gələcək prioritetlərini aydın şəkildə ortaya qoyub. Dövlətimizin başçısının qeyd etdiyi kimi, Azərbaycan enerji siyasətini yalnız neft və qaz hasilatı üzərində qurmayıb. Ölkə, eyni zamanda, yaşıl enerji keçidi, enerji mənbələrinin və ixrac marşrutlarının şaxələndirilməsi, dayanıqlı infrastrukturun formalaşdırılması istiqamətində mühüm layihələr həyata keçirir. Azərbaycanın uzun illər uğurla həyata keçirdiyi enerji layihələri sabitliyin təminatçısına çevirib. Bu xüsusda ABŞ ilə əlaqələr mühüm əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin ABŞ Prezidenti Donald Trampın siyasəti ilə bağlı səsləndirdiyi fikirlər iki ölkə arasında qarşılıqlı etimadın və əməkdaşlığın möhkəmləndiyini göstərən mühüm mesaj kimi dəyərləndirilə bilər”, – deyə M.Cəfərov əlavə edib.

O, həmçinin bildirib ki, “Bakı Enerji Həftəsi” Azərbaycanın yalnız enerji siyasətini deyil, həm də qlobal əməkdaşlıq mədəniyyətini, dayanıqlı inkişaf prinsipini, iqtisadi suverenliyini və müasir dövlətçiliyini nümayiş etdirir. Bu tədbir Azərbaycanın enerji strategiyasının nümayiş platformasıdır. Layihə çərçivəsində təşkil olunan tədbirlər həm keçmişin uğurlarını xatırladır, həm bu günün reallıqlarını təqdim edir, həm də gələcəyi aydın şəkildə göstərir.

Əvvəlki Yazı

Azərbaycanın enerji strategiyası və qlobal etibarlılığı Prezident İlham Əliyevin praqmatik siyasətinin nəticəsidir

Növbəti Yazı

Azərbaycan və Vyetnam prokurorluqları əməkdaşlıq proqramı imzalayıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.