İyun 8, 2026-22:20
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə GÜNDƏM

Azərbaycan üçün süni intellekt sahəsində ən böyük fürsət biznes proseslərinin optimallaşdırılmasıdır

2026:06:08 - 17:37
in GÜNDƏM
A A

Süni intellekt artıq sadəcə texnoloji yenilik deyil, bizneslərin rəqabət üstünlüyünü müəyyən edən əsas amillərdən birinə çevrilib. Buna görə də gələcəkdə süni intellektdən istifadə etməyən şirkətlərin rəqabət qabiliyyətini qismən və ya tam şəkildə itirməsi ehtimalı yüksəkdir.

Süni intellekt üzrə ekspert Dilarə Zamanova AZƏRTAC-a açıqlaması zamanı bildirib ki, Bunun əsas səbəbi süni intellekt əməliyyatların avtomatlaşdırılması, məlumatların analizi, müştəri xidmətlərinin təkmilləşdirilməsi, marketinq strategiyalarının optimallaşdırılması və qərarvermə proseslərinin sürətləndirilməsi kimi sahələrdə şirkətlərə böyük üstünlüklər qazandırmasıdır.

“Məsələn, süni intellektdən istifadə edən şirkətlər müştəri davranışlarını daha dəqiq analiz edə, fərdiləşdirilmiş xidmətlər təqdim edə və xərclərini azalda bilirlər. Eyni sektorda fəaliyyət göstərən, lakin bu texnologiyalardan istifadə etməyən şirkətlər isə zamanla daha yüksək xərc, daha aşağı məhsuldarlıq və daha zəif müştəri təcrübəsi ilə üzləşə bilərlər. Bu səbəbdən yaxın gələcəkdə süni intellektdən istifadə etmək seçim deyil, zərurət kimi qiymətləndiriləcək”, – deyə Dilarə Zamanova vurğulayıb.

Azərbaycan üçün isə süni intellekt sahəsində ən böyük fürsətlərdən birinin dövlət xidmətlərinin rəqəmsallaşdırılması və biznes proseslərinin optimallaşdırılması olduğunu deyən ekspert bildirib ki, son illərdə ölkədə elektron hökumət xidmətləri, rəqəmsal transformasiya və innovasiya istiqamətində mühüm addımlar atılıb: “Süni intellekt bu prosesləri daha da sürətləndirə, vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətini yüksəldə və dövlət qurumlarının fəaliyyətini daha səmərəli edə bilər. Bununla yanaşı, bank-maliyyə sektoru, kənd təsərrüfatı, logistika, təhsil və səhiyyə sahələri də Azərbaycan üçün böyük potensiala malikdir. Xüsusilə kənd təsərrüfatında məhsuldarlığın proqnozlaşdırılması, suvarma və gübrələmə proseslərinin optimallaşdırılması, xəstəliklərin erkən aşkarlanması kimi istiqamətlər ölkənin iqtisadi inkişafına əhəmiyyətli töhfə verə bilər. Bank sektorunda isə risklərin qiymətləndirilməsi, dələduzluğun aşkarlanması və müştəri xidmətlərinin avtomatlaşdırılması süni intellektin ən perspektivli tətbiq sahələri sırasındadır. Nəticə etibarilə, süni intellekt gələcəyin texnologiyası deyil, artıq bu günün reallığıdır. Bu texnologiyanı mənimsəyən və fəaliyyətinə inteqrasiya edən şirkətlər daha sürətli inkişaf etmək, yeni bazarlara çıxmaq və rəqabət üstünlüyü əldə etmək imkanına sahib olacaqlar. Azərbaycan üçün əsas məqsəd isə süni intellekti yalnız istifadə edən deyil, eyni zamanda bu sahədə innovativ həllər yaradan və ixrac edən ölkələrdən birinə çevrilməkdir”.

Əvvəlki Yazı

Əli Əsədov Vyetnamın Baş prokuroru ilə görüşdü

Növbəti Yazı

ATƏT: Paşinyan seçki kampaniyası zamanı müxalifəti açıq şəkildə təhdid etdi

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.