ATƏT-in müşahidə missiyasının son parlament seçkiləri ilə bağlı ilkin hesabatına görə, Ermənistanın baş naziri Nikol Paşinyan seçki kampaniyası zamanı təhqiramiz ifadələr işlədib və müxalifəti açıq şəkildə təhdid edib.
Sənəddə deyilir ki, “Bir neçə seçki kampaniyası zamanı Baş nazir, o cümlədən məcburi köçkün erməni qaçqınlarına münasibətdə təhqiramiz və təhrikedici dildən istifadə edib. Bəzi hallarda Baş nazir müxalifət namizədlərini araşdırmalarla və şirkətlərinin milliləşdirilməsi ilə açıq şəkildə hədələyib; bəzi milliləşdirmə prosesləri hətta kampaniya başlamazdan əvvəl başlayıb”.
Orada bildirilir ki, sosial media kampaniyası “namizədlər arasında tez-tez şəxsi hücumlar və əsasən Baş nazir və bəzi hallarda müxalifət liderləri tərəfindən qızışdırıcı ritorika ilə xarakterizə olunurdu”, həmçinin qarşıdurma və bölücülük xarakteri daşıyırdı.
