“Report” bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir.
Məlumata görə, yığıncaq Gəncə şəhəri, Vəli Xuluflu küçəsi, 1 ünvanında olacaq.
Yığıncağn gündəliyinə Cəmiyyətin fəaliyyəti üçün tələb olunan müxtəlif maliyyələşdirmə üsullarının və vasitələrinin (bank kreditləri, səhmdarlardan cəlb ediləcək borc vəsaitləri, müvafiq zəmanətlərin qarantiyaların alınması və s.) nəzərdən keçirilməsi və təsdiq edilməsi, ötən il əldə edilmiş xalis mənfəətin müəyyən hissəsinin səhmdarlarına divident formasında ödənilməsi və digər məsələlər daxildir.
Xatırladaq ki, “Gəncə Cihazqayırma Zavodu” 2008-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 212 min manatdır. Müəssisə kommunal qurumlar üçün sayğacların istehsalı üzrə ixtisaslaşıb.
