İyun 11, 2026-19:06
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Azərbaycanda 10 xarici rəqəmsal xidmət təchizatçısı vergi uçotuna alınıb

2026:06:10 - 10:20
in İQTİSADİYYAT
A A
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən yaradılmış elektron qeydiyyat sistemi vasitəsilə artıq 10 xarici rəqəmsal xidmət təchizatçısı vergi uçotuna alınıb.

“Report” Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, qeydiyyatdan keçmiş şirkətlər sırasında “Apple”, “Adobe”, “Sony Interactive Entertainment”, “Epic Games”, “Chess.com” və digər beynəlxalq səviyyədə tanınmış rəqəmsal platformalar yer alır.

Cari ildə Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən, 2026-cı ilin sentyabr ayından etibarən Azərbaycanda elektron ticarət qaydasında xidmət göstərən və ölkə üzrə illik dövriyyəsi 10 min ABŞ dollarını aşan qeyri-rezident rəqəmsal xidmət təchizatçıları üçün vergi orqanında elektron qeydiyyat məcburi olacaq.

Dəyişikliklərin məqsədi beynəlxalq rəqəmsal platformalar üçün vergi öhdəliklərinin yerinə yetirilməsini sadələşdirmək, bərabər rəqabət mühiti yaratmaq və rəqəmsal iqtisadiyyatda şəffaflığı artırmaqdır.

Məlumatda bildirilir ki, vergi orqanında qeydiyyatdan keçmiş qeyri-rezident rəqəmsal xidmət təchizatçılarından elektron xidmətlər əldə edilərkən ƏDV artıq alıcıların hesabından banklar tərəfindən tutulmur. Bunun əvəzinə, qeydiyyatdan keçmiş şirkətlər ƏDV-ni özləri hesablayır, bəyan edir və dövlət büdcəsinə ödəyirlər.

Qanunvericiliyin tətbiq dairəsi yalnız elektron formada iş və xidmətlərin təqdim edilməsini əhatə edir. Fiziki malların satışı, eləcə də elektron platformalar vasitəsilə məhsulların sifarişi və çatdırılması bu tənzimləmənin əhatə dairəsinə daxil deyil.

Qeydiyyatdan keçən beynəlxalq şirkətlərin sayının artması Azərbaycan vergi sisteminə etimadın göstəricisidir. Dövlət Vergi Xidməti rəqəmsal iqtisadiyyatın inkişafı və şəffaf biznes mühitinin yaradılması istiqamətində fəaliyyətini davam etdirir.

Əvvəlki Yazı

Azərbaycan XİN Portuqaliyanı təbrik edib

Növbəti Yazı

“Gəncə Cihazqayırma Zavodu”nun səhmdarlarının yığıncağı keçiriləcək

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.