İyun 10, 2026-23:40
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Şuşa Bəyannaməsi müasir dövrdə Azərbaycan-Türkiyə münasibətlərinə dair ən mühüm siyasi və hüquqi sənədlərindən biri kimi tarixə düşüb.

2026:06:10 - 16:20
in SİYASƏT
A A

Şuşa Bəyannaməsi müasir dövrdə Azərbaycan-Türkiyə münasibətlərinə dair ən mühüm siyasi və hüquqi sənədlərindən biri kimi tarixə düşüb.

Bunu “Report”a Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Səbinə Salmanova “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin imzalanmasının beşinci ildönümü ilə bağlı deyib.

Onun fikrincə, bu sənəd təkcə iki qardaş dövlət arasında münasibətlərin yeni mərhələyə yüksəldiyini təsdiqləməyib, eyni zamanda regionun gələcək inkişaf istiqamətlərini müəyyən edən strateji yol xəritəsinə çevrilib.

Deputat xaatırladıb ki, Azərbaycan-Türkiyə əlaqələri tarixə, eyni soykökə bağlılığa, dostluq və qardaşlıq prinsiplərinə əsaslanır:

“Ulu Öndər Heydər Əliyevin əbədiyyətə qədər yaşayacaq “Bir millət, iki dövlət” kəlamı münasibətlərimizin əsasında dayanır. Bu gün Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın nümayiş etdirdikləri qətiyyətli siyasi iradə nəticəsində Azərbaycan-Türkiyə əlaqələri özünün ən yüksək inkişaf mərhələsini yaşayır”.

 O bəyan edib ki, məhz bu baxımdan Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyə arasında indiyədək imzalanmış çoxsaylı sənədlər arasında xüsusi yer tutur.

“Bu sənəd iki ölkə arasında mövcud olan strateji tərəfdaşlığı hüquqi baxımdan daha da möhkəmləndirərək müttəfiqlik səviyyəsinə yüksəldib. Əslində Şuşa Bəyannaməsi iki dövlətin ortaq gələcəyinə dair siyasi iradəsinin, qarşılıqlı etimadının və qardaşlıq münasibətlərinin rəsmi ifadəsidir”.

S.Salmanova vurğulayıb ki, Şuşa Bəyannaməsinin mühüm əhəmiyyəti həm də ondan ibarətdir ki, bu sənəd regionda yeni geosiyasi reallıqlar fonunda təhlükəsizlik və əməkdaşlıq mühitinin formalaşmasına töhfə verir:

“Bu gün hər iki dövlət regional sabitliyin, iqtisadi əməkdaşlığın və davamlı inkişafın əsas təminatçılarından biri kimi çıxış edir. Şuşa Bəyannaməsi enerji təhlükəsizliyi, nəqliyyat-kommunikasiya əlaqələrinin inkişafı və beynəlxalq layihələrin həyata keçirilməsi baxımından da mühüm əhəmiyyətə malikdir. Azərbaycanın və Türkiyənin birgə təşəbbüsü ilə reallaşdırılan enerji və nəqliyyat layihələri artıq Avrasiyanın iqtisadi xəritəsini dəyişdirən əsas amillərdən birinə çevrilib. Bu baxımdan Şuşa Bəyannaməsi təkcə iki ölkənin deyil, daha geniş coğrafiyanın inkişafına xidmət edən strateji sənəd kimi dəyərləndirilə bilər”.

Əvvəlki Yazı

Rabatda Azərbaycanın müstəqilliyinin 108-ci ildönümü münasibətilə rəsmi qəbul təşkil edilib

Növbəti Yazı

ŞƏRH Birgə səylərlə uşaqlar üçün daha təhlükəsiz rəqəmsal mühit yaratmaq mümkündür

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.