İyun 10, 2026-22:20
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

ŞƏRH Birgə səylərlə uşaqlar üçün daha təhlükəsiz rəqəmsal mühit yaratmaq mümkündür

2026:06:10 - 16:40
in SİYASƏT
A A

Azərbaycanda uşaqların hüquqlarının qorunması və onların sağlam inkişafı dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Son illər uşaqların təhlükəsiz mühitdə böyüməsi, keyfiyyətli təhsil alması və hüquqlarının müdafiəsi istiqamətində mühüm addımlar atılıb. Rəqəmsal texnologiyaların həyatımızda tutduğu yerin artması isə uşaqların virtual məkanda qorunmasını da zəruri edib. Məhz bu baxımdan sosial şəbəkələrdən istifadə ilə bağlı yeni tənzimləmələrə zərurət yaranıb.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

Bu gün sosial şəbəkələrin uşaqların gündəlik həyatının ayrılmaz hissəsinə çevrildiyinə diqqət çəkən deputat vurğulayıb ki, statistik göstəricilər də bunu təsdiqləyir. Azərbaycanda 10-17 yaş aralığında olan uşaqların 89 faizi smartfon istifadəçisidir. Onların 76 faizi isə hər gün müxtəlif sosial media platformalarına daxil olurlar. Araşdırmalar göstərir ki, orta hesabla bir uşaq gün ərzində 4 saat 12 dəqiqəsini sosial şəbəkələrdə keçirir. Bu isə uşağın aktiv vaxtının təxminən üçdə bir hissəsi deməkdir. Belə uzunmüddətli istifadə uşaqların fiziki və psixoloji sağlamlığına mənfi təsir edir. Beynəlxalq tədqiqatlar da sosial şəbəkələrdən həddindən artıq istifadənin diqqət dağınıqlığı, emosional gərginlik, yuxu problemləri, özünəinamın azalması və sosial münasibətlərdə çətinliklər yaratdığını təsdiqləyiblər.

Könül Nurullayeva bildirib ki, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanunda dəyişiklik edilməsi uşaqların sosial şəbəkələrdən istifadəsini daha təhlükəsiz və nəzarətli şəkildə təşkil etməyi hədəfləyir. Təklif olunan dəyişikliklərə əsasən, 16 yaşına çatmayan şəxslərin sosial şəbəkə platformalarında fərdi hesab yaratmasına və həmin platformalardan istifadəsinə icazə verilməyəcək. Eyni zamanda, 16-18 yaş arasında olan yeniyetmələrin sosial şəbəkələrdən istifadəsi yalnız valideynlərinin, qəyyumlarının və ya digər qanuni nümayəndələrinin razılığı əsasında mümkün olacaq.

“Bu yanaşmanın əsas məqsədi uşaqların yaş xüsusiyyətlərinə uyğun, təhlükəsiz və sağlam rəqəmsal mühitdə fəaliyyət göstərməsini təmin etməkdir. Beləliklə, uşaqlar internetin və texnologiyanın üstünlüklərindən faydalanmaqla yanaşı, onun yarada biləcəyi risklərdən də qorunmuş olacaq. Bununla yanaşı, uşaqların rəqəmsal təhlükəsizliyinin təmin olunmasında ailənin rolu xüsusi əhəmiyyət daşıyır. İnternetdən və sosial şəbəkələrdən istifadəyə nəzarət ilk növbədə ailədə formalaşmalıdır. Valideynlər övladlarının onlayn fəaliyyətinə maraq göstərməli, onları mümkün təhlükələr barədə məlumatlandırmalı və düzgün rəqəmsal davranış vərdişləri aşılamalıdırlar. Yeni qanunvericilikdə 16-18 yaşlı yeniyetmələr üçün valideyn razılığının tələb olunması da məhz ailənin məsuliyyətini və prosesdə iştirakını artırmağa xidmət edir. Bu gün uşaqların təhlükəsizliyi naminə atılan addımlar gələcək cəmiyyətin sağlam təməlinin formalaşdırılmasına yönəlmiş mühüm investisiyadır. Sağlam düşüncəli, bilikli və məsuliyyətli gənc nəslin yetişməsi üçün rəqəmsal mühitdə təhlükəsizliyin təmin olunması zamanın tələbidir. Dövlət, ailə və cəmiyyətin birgə səyləri nəticəsində uşaqlar üçün daha təhlükəsiz və faydalı rəqəmsal mühit yaratmaq mümkündür”, – deyə deputat vurğulayıb.

Əvvəlki Yazı

Şuşa Bəyannaməsi müasir dövrdə Azərbaycan-Türkiyə münasibətlərinə dair ən mühüm siyasi və hüquqi sənədlərindən biri kimi tarixə düşüb.

Növbəti Yazı

Bahar Muradova: Uşaqların təhlükəsizliyinin təmin olunmasına bütün qurumlar cəlb edilməlidir

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.