“Əl-Hədət” televiziya kanalının məlumatına görə, Qəzza zolağında fələstinli radikalların məhv edilməsi və İsrailin digər hərbi əməliyyatları iki gün müddətinə dayandırıla bilər.
Mənbələrinə görə, bu məsələ ilə bağlı ilkin razılıq Misirin paytaxtında keçirilən Qəzza danışıqlarının sonuncu mərhələsi zamanı əldə edilib. Kanal həmçinin qeyd edib ki, Qahirə məsləhətləşmələrinin iştirakçıları anklavda atəşkəs sazişinin ikinci mərhələsinin həyata keçirilməsi ilə bağlı “danışıqlar üçün zəmin hazırlamaq” barədə razılığa gəliblər.
Misir rəsmiləri və Fələstin fraksiyalarının nümayəndələri hələlik bu məlumatla bağlı şərh verməyiblər. Misir, Qətər, Türkiyə və bir neçə Fələstin hərəkatının nümayəndələrinin iştirakı ilə Qahirədə 7 iyundan bəri məsləhətləşmələr davam edir. (Tass)
