Qaqauziya Xalq Məclisi (QXM) muxtar bölgə parlamentinin müvəqqəti rəhbəri Nikolay Ormanjinin istefasını kvorumun olmaması səbəbindən qəbul edə bilməyib.
Moldovanın ” Noi” qəzeti xəbər verir ki, “Bəzi deputatlar səsvermədə iştirak etməkdən imtina edib, digərləri isə iclası tərk edib”. Xalq Məclisinin qaydalarına əsasən, vitse-spiker Georghe Leiciu spiker vəzifəsini icra edəcək. Ormanji, deputatların ötən həftə kvorumun olmaması səbəbindən muxtar bölgədə seçkilərin şərtləri ilə bağlı qərara gələ bilməməsindən sonra istefa verib – parlamentin 33 üzvündən yalnız 13-ü iclasa gəlib.(Tass)
