16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca

Azərbaycan 300-dən çox şirkət və KOB-um rəqəmsal transformasiyasına dəstək verəcək

300-dən çox Azərbaycan şirkətinin və kiçik və orta biznes subyektinin rəqəmsal transformasiya proqramlarından faydalanmasına dəstək verməyi planlaşdırırıq.

Teleqraf xəbər verir ki, bu barədə Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov “Texnovasiya – dayanıqlı iqtisadi transformasiya naminə elm və innovasiya” adlı tədbirdə çıxışında deyib.

O qeyd edib ki, bu addım Azərbaycanın son üç ildə hazırladığı genişmiqyaslı rəqəmsal iqtisadiyyat strategiyası çərçivəsində atılacaq.

“Hər kəs süni intellekt tətbiq etmək istəyir. Lakin bunun üçün aydın yol xəritəsinə ehtiyac var: haradan başlamaq və necə başlamaq lazımdır? Çünki rəqəmsal transformasiya sadəcə texnologiyanın tətbiqi demək deyil. Bunun üçün biznes prosesləri dəyişməli, düşüncə tərzi yenilənməli, insan kapitalına və infrastruktura investisiya qoyulmalıdır”.

Hazırda Azərbaycan enerji sektorunu digər sahələrin inkişafını dəstəkləyən əsas diversifikasiya aləti kimi qiymətləndirir”